Portuqaliya vətəndaşlıq qaydalarını sərtləşdirib

Tarix: 19:40 24.06.2025
Portuqaliya hökuməti yeni qərara əsasən, əcnəbilər üçün vətəndaşlıq almaq üçün tələb olunan minimum yaşayış müddətini ikiqat artıraraq 10 ilə qaldırıb. Portuqal dilli ölkələrdən (məsələn, Braziliya, Anqola) gələnlər üçün bu müddət 7 il olacaq.
Yeni qaydalar həmçinin Portuqaliya mədəniyyətini tanıma, heç bir məhkumluğun olmaması və demokratik prinsiplərə sadiqlik kimi əlavə tələblər qoyur. Ailə reunifikasiyası üçün isə əcnəbilər ölkədə iki il yaşamalı, gətirilən ailə üzvləri isə yalnız azyaşlı olmalıdır.
Bu addımı populizmin artdığı fonunda atılıb və anti-immiqrasiya mövqeyi ilə tanınan "Chega" partiyası dəstəkləyir. Hazırda 400,000-dən çox vətəndaşlıq ərizəsi gözləmədədir.
Euronews
Billurə Quliyeva