“Neftçi”nin Çempionlar Liqasında rəqibi bəlli olub

Tarix: 20:03 24.06.2025
" “Neftçi” nin qadın futboluna göstərdiyi diqqət həqiqətən təqdirə layiqdir. Qarşıladıqları komandaya gəldikdə həqiqətən çox yaxşı komandadır".
Bu fikirləri Quba PFK işçisi Fərid Əliyev "İnformator.az"a açıqlamasında deyib.
Müsahib qeyd edib ki, onlar sürətli futbol oynamağı bacarırlar:
"Azərbaycanda futbol kifayət qədər sevilən idman növü olsa da, qadın futbolu populyarlıq cəhətdən bir qədər axsayır. Lakin son illərdə milli komandanın millətlər liqasında göstərdiyi nəticələr qadın futboluna olan marağı və diqqəti artırıb. “Neftçi”nin Çempionlar Liqasında mübarizə aparması qadın futboluna olan marağı da artırır. Marağın olması ilə bərabər nəticələrin də yaxşı olması lazımdır".
Müsahibimizin sözlərinə görə, bu, komandanın tanınması baxımında daha böyük kömək olacaqdır:
" "Neftçi" komandasına böyük sevgim olub hər zaman. Qadın komandasında çalışan məşqçiləri də yaxından tanıyıram, öz işlərini layiqincə yerinə yetirməyə çalışırlar. Məncə çətinliyin öhdəsindən gəlmək üçün məşqçilər nəyin lazım olduğunu daha yaxşı bilirlər. Çünki onlar öz komandalarına bələddirlər. Mən sadəcə "Neftçi"yə uğurlar arzu edə bilərəm".
Zəhra Möhübbətova