Rusiya 5 ilə NATO ölkəsinə hücum edə bilər -Zelenski

Tarix: 20:16 24.06.2025
Ukrayna Prezidenti Volodimir Zelenski xəbərdarlıq edib ki, Rusiya Prezidenti Vladimir Putin NATO-nu sınağa çəkmək üçün 5 il ərzində alyansa daxil olan ölkəyə hücum edə bilər.
Zelenski bu fikirləri Britaniyanın “Sky News” telekanalına verdiyi müsahibəsində səsləndirib. O, Rusiya-Ukrayna müharibəsi və NATO müttəfiqlərinin yeni müdafiə hədəfləri barədə danışıb.
NATO üzvlərinin müdafiə xərclərini 2035-ci ilə qədər ÜDM-lərinin 5 faizinə çatdırmaq planlarını şərh edən Zelenski bunun “çox ləng” getdiyini vurğulayıb və deyib:
“Biz hesab edirik ki, 2030-cu ildən etibarən Vladimir Putin daha böyük hərbi imkanlara sahib ola bilər. Hazırda Ukrayna onu məşğul saxlayır, ordusunu hazırlamağa vaxtı yoxdur”.
TRT XƏBƏR
Nuray Əliyeva