Quterreşdən İran və İsrailə çağırış

Bölmə: Dünya › ,
Tarix: 20:17 24.06.2025

BMT Baş katibi Antoniu Quterreş İsrail və İrana atəşkəsə riayət etməyə çağıraraq, bölgədəki digər münaqişələrdə də atəşkəsin təmin olunacağına ümid etdiyini bildirib.

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş İsrail və İran arasında əldə olunan atəşkəslə bağlı sosial şəbəkə hesabında paylaşım edib. ABŞ Prezidenti Donald Trampın İsrail və İran arasında atəşkəsin əldə olunduğunu açıqlamasını müsbət qiymətləndirdiyini bildirən Quterreş münaqişənin sona çatmasının vacibliyini vurğulayıb.

 

Hər iki ölkə əhalisinin çox əziyyət çəkdiyini qeyd edən Quterreş, İsrail və İrana atəşkəsə əməl etməyi tövsiyə edib və ümid etdiyini bildirib ki, bölgədəki digər münaqişələrdə də atəşkəs əldə olunacaq.

 

HABER GLOBAL

Nuray Əliyeva