Fernando Musleranın yeni komandası bəlli olub

Bölmə: İdman › ,
Tarix: 20:28 24.06.2025

Argentina təmsilçisi "Estudiantes", "Galatasaray"dan ayrılan Fernando Musleranı heyətinə qatdığını açıqlayıb.

 

Argentina klubunun imza mərasimi ilə bağlı paylaşdığı fotolu məlumatda qeyd edilib:

"Fernando Muslera klubumuzla 2026-cı ilin dekabrına qədər qüvvədə olan müqavilə imzalayıb".

 

Türkiyədə 14 mövsüm çıxış edən Uruqvaylı əfsanəvi qapıçı, "sarı-qırmızılı" komandada 8 dəfə Süper Liqa, 6 dəfə TFF Superkubok və 5 dəfə də Türkiyə Kuboku sevinci yaşayıb.

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə