Tramp İsrail və İranı atəşkəsi pozduğuna görə tənqid edib

Tarix: 20:30 24.06.2025
ABŞ prezidenti Donald Tramp həmin gün ikinci dəfə İsrail-İran atəşkəs rejiminin qüvvədə olduğunu açıqlayıb.İsrail Tehranı elan edilmiş atəşkəsi pozmaqda ittiham edərək, Tehranı vuracağını açıqlayıb və Reuters-in İran mediasından verdiyi məlumata görə, Tehranda iki partlayış olub.Tramp sözlərini “Hər iki ölkə bu qədər uzun müddətdir müharibə aparır, nə etdiklərini bilmirlər” ifadəsi ilə bitirib.
Bu açıqlamalardan dərhal sonra təyyarəyə minən Tramp uçuşu zamanı sosial şəbəkədə yeni paylaşım edərək, "İSRAİL İrana hücum etməyəcək. Bütün təyyarələr İranı mehriban şəkildə salamladıqdan sonra geri qayıdacaq",- deyib.
Tramp "Heç kim zərər görməyəcək, atəşkəs qüvvədədir!"
İsrail atəşkəsin qüvvəyə minməsindən sonra İrandan yeni raketin atıldığını iddia edib.
BBC NEWS
Səmayə Səftərova