Əkrəm İmamoğluna qarşı yeni iddia

Bölmə: Dünya › ,
Tarix: 20:31 24.06.2025

 

Martın 23-də “terror istintaqı” çərçivəsində verdiyi ifadəsində iki dövlət prokurorunu təhqir etməkdə təqsirləndirilən İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən uzaqlaşdırılan sədri Əkrəm İmamoğlu haqqında açılan iddialara iş əlavə edilib.

İyunun 24-də qəbul edilən ittiham aktında iki dövlət ittihamçısı “şikayətçi” kimi qeyd edilib.

İttihamnamədə İmamoğlunun sözlərinin müdafiə hüququnun hüdudlarını aşdığı, şərəf və ləyaqətə toxunan xarakter daşıdığı iddia edilib.
İmamoğlunun ittihamı qəbul etmədiyi bildirilib.
İmamoğlunun “vəzifəsinə görə dövlət məmurunu təhqir etmək” ittihamı ilə 9 aydan 4 il 1 aya qədər həbs cəzasına məhkum edilməsi, Türkiyə Cəza Məcəlləsinin 53-cü maddəsində səsvermə və seçilmək də daxil olmaqla, “müəyyən hüquqlardan məhrum etmə” müddəasının tətbiq edilməsi istənilib.


BBC NEWS
Səmayə Səftərova