Ankara İsraillə İran arasında davamlı atəşkəsə ümid edir

Tarix: 20:38 24.06.2025
Türkiyə İsraillə İran arasında atəşkəs razılaşmasının əldə olunması ilə bağlı xəbəri alqışlayır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Haaqadakı sammitinə yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Türkiyə lideri tərəfləri atəşkəs rejiminə ciddi şəkildə riayət etməyə çağırıb.
O bildirib ki, İsrail-İran münaqişəsinə dair Ankara beynəlxalq hüququn qorunmasını və diplomatiyaya üstünlük verilməsini əsas prinsip kimi qəbul edir və bu prinsipial mövqeyini qoruyacaq.
Dövlət başçısı vurğulayıb ki, “İsrailin Fələstindən başlayan və daha sonra Livan, Suriya, Yəmən və İrana yayılan düşüncəsiz addımları qətiyyən qəbulolunmazdır”.
“İsrailin təcavüzü bölgədə tamamilə dayandırılmalıdır”, – deyə prezident xüsusi qeyd edib.
Anadolu Agency
Ayan Əsgərova