Sabirabadda ağır qəza: 2 gənc, 1 yeniyetmə ölüb

Bölmə: Hadisə › ,
Tarix: 12:45 26.06.2025

Sabirabad rayonu ərazisində baş verən ağır yol qəzasında üç nəfər ölüb.

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, hərəkətdə olan yük maşını QAZ-2410 markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Sabirabad rayonunun Nizami kəndinin sakinləri 2000-ci il təvəllüdlü Fərid Amil oğlu Hümbətov, 2001-ci il təvəllüdlü Cəmil Vüqar oğlu Məmmədli və 2010-cu il təvəllüdlü Nihad Mahir oğlu Məmmədli ölüblər.

 

Faktla bağlı araşdırma aparılır.