Füzulidə həkimin məktəbli oğlu kanalda batıb

Tarix: 12:50 26.06.2025
Füzuli rayonunda məktəbli kanalda batıb.
"İnformator.az" "Teleqraf"a istinadla xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda baş verib.
İlkin məlumata görə, kanalda batan rayon sakini 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadədir.
Bildirilib ki, X sinifi bu il bitirən Nihad Füzuli rayon təcili təxirə salınmaz tibbi yardım briqadasında həkimi Vüqar Nağızadənin oğludur.
Hazırda N.Nağızadənin axtarışları davam edir.