PKK bu tarixdə tərksilah prosesinə başlayır
.jpg)
Tarix: 10:20 01.07.2025
PKK terror təşkilatı iyul ayının ilk həftəsində tərksilah prosesini rəsmən başlayacaq.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“3-10 iyul tarixləri arasında İraqın Süleymaniyyə şəhərində media nümayəndələrinin iştirakı ilə keçiriləcək mərasimdə sayı 20-30 arasında olan bir qrup PKK üzvü silahı yerə qoyacaq”, - məlumatda bildirilib.