Ukraynadan Rusiyadakı zavoda hücum

Tarix: 20:03 01.07.2025
Ukraynanın Rusiyanın İjevsk şəhərində yerləşən bir zavoda pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində 3 nəfərin həlak olduğu, 35 nəfərin isə yaralandığı bildirilib.
Ukraynalı təhlükəsizlik rəsmisi isə hücumun İHA və hava hücumundan müdafiə sistemləri istehsal edən “Kupol” zavodunu hədəfə aldığını açıqlayıb.
Rusiyaya bağlı Udmurtiya Respublikasının rəhbəri Aleksandr Breçalov sosial media hesabında verdiyi açıqlamada Ukraynanın İjevsk şəhərində yerləşən bir zavoda PUA ilə hücum etdiyini bildirib. Breçalov hücum nəticəsində 3 nəfərin həlak olduğunu, 35 nəfərin isə yaralandığını deyib. O, vəziyyətlə bağlı Rusiya Prezidenti Vladimir Putinə məlumat verdiyini qeyd edib. Lakin hücum edilən zavodun adını açıqlamayıb.
Ukraynalı təhlükəsizlik rəsmisi isə “Reuters” agentliyinə açıqlamasında Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) məxsus ən azı iki pilotsuz uçuş aparatının, İjevskdən təxminən 1300 kilometr uzaqda yerləşən, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemləri istehsal edən “Kupol” zavodunu vurduğunu, hücumdan sonra zavodda yanğın baş verdiyini bildirib.
Haber Global
Nuray Əliyeva