Kərkükə raket hücumu

Tarix: 21:17 01.07.2025
İraqın Kərkük şəhərində yerləşən Kərkük Beynəlxalq Hava Limanına raket hücumu olub. Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb.
Hava limanı administrasiyasının yaydığı açıqlamaya görə, yerli vaxtla saat 23:30 radələrində mənşəyi naməlum olan 3 raket hava limanı ərazisinə düşüb. Raketlərdən ikisi hərbi bölgəyə, biri isə mülki əraziyə tuş gəlib. Mülki əraziyə düşən raket çəmənlik sahədə yanğına səbəb olub. Yanğın hava limanının yanğınsöndürmə briqadası tərəfindən tez bir zamanda söndürülüb.
İlkin məlumata görə, hadisə nəticəsində yalnız bir nəfər yüngül şəkildə xəsarət alıb. Uçuş-enmə zolağı və digər hava limanı obyektlərinə ziyan dəyməyib.
Kərkük polisindəki adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumata görə, raketlərdən biri şəhərin Urube rayonuna düşüb. Raketin bir evin damına düşdüyü, evin qismən ziyan gördüyü, lakin hadisə zamanı can itkisinin qeydə alınmadığı bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
TRT XƏBƏR
Mahmudlu Ləman