Həddindən artıq istilərin təsiri altında olan Avropa yanğın həyəcanı verir

Tarix: 21:19 01.07.2025
Həddindən artıq istilərin təsirli olduğu Avropanın xüsusilə cənub bölgəsində yerləşən ölkələr meşə yanğınları riskinə qarşı tədbirlər görür, bütün qitə boyunca isə meşə ərazilərinə giriş qadağan edilir və yanğınlara qarşı xəbərdarlıqlar edilir.
Avropanın xüsusilə cənubunda yerləşən İtaliya, Yunanıstan, Fransa, İspaniya və Portuqaliya kimi ölkələr həssas bölgələri müəyyən edərək bu ərazilərdə yüksək hazırlıq vəziyyətinə keçib.
Meşələrə giriş qadağası, od qalamaq və manqal istifadə etmək yasağı kimi tədbirləri qüvvəyə mindirən Avropa ölkələrində səlahiyyətli qurumlar yanğın riski olan bölgələrdə yüksək səviyyəli xəbərdarlıq edərək mümkün yanğınlara qarşı müdaxilə hazırlıqları aparır.
TRT XƏBƏR
Lalə Qurbanlı