Bursada ardıcıl iki zəlzələ baş verib

Tarix: 21:18 01.07.2025
Bursansanın Gemlik rayonunda ardıcıl iki zəlzələ baş verib. AFAD saat 11:47-də baş verən ilk zəlzələnin 3,9 bal gücündə olduğunu açıqlayıb. Saat 12:57-də 4,2 bal gücündə ikinci zəlzələ baş verib.
İlk zəlzələnin 9,82 km dərinlikdə, ikincinin isə 10,14 km dərinlikdə olduğu bildirilir. Zəlzələ Bursa ilə yanaşı, İstanbul və Yalova kimi ətraf vilayətlərdə də hiss olunub.
Elmlər Akademiyası Üzvü geoloq Prof. Dr. Naci Görür, X hesabında etdiyi paylaşımda zəlzələnin Şimali Anadolu Fay Xəttinin (KAF) cənub qolunda olduğunu ifadə edərək belə davam edib:
"Mərmərədə, KAF-ın şimal qolunda zəlzələ gözləyirik, amma burası da əhəmiyyətlidir. Enerji yığan yer yavaş-yavaş zəlzələlərə diqqət yetirməlidir”.
BBC News
Ayşən Səlimova