Böyük Britaniyada “Xarici Təsirlərin Qeydiyyatı Sxemi” qüvvəyə minir

Bölmə: Dünya › ,
Tarix: 21:28 01.07.2025

 


Xarici dövlətlər, xüsusən də Rusiya və İran adından fəaliyyət göstərən təşkilat və şəxslərin öz fəaliyyətləri barədə hökumətə hesabat verməsini tələb edən “Xarici Təsirlərin Qeydiyyatı Sxemi” (FIRS) rəsmi olaraq qüvvəyə minib.


Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, ölkə iqtisadiyyatını, demokratiyanı və cəmiyyətini hədəf alan xaricə əsaslanan fəaliyyətlərlə mübarizə məqsədilə hazırlanmış “Xarici Təsir Reyestr Sxemi” (FIRS) iyulun 1-dən etibarən qüvvəyə minib. Aprel ayında ilk dəfə gündəmə gətirilən proqramın siyasi təsir fəaliyyətlərinə qarşı hazırlıqları asanlaşdıracağı bildirilib. Açıqlamada FIRS-in iki mərhələli sistem olacağı bildirilib. Birinci mərhələ Böyük Britaniyada siyasi seçki namizədlərinin, deputatların, yüksək səviyyəli qərar qəbul edən şəxslərin və qrupların lobbiçilik fəaliyyətini əhatə edəcək. İkinci mərhələ isə daha geniş əhatə dairəsi təqdim edəcək. “Geniş səviyyə” olaraq adlandırılan bu mərhələdə Böyük Britaniyanın təhlükəsizliyi və maraqlarına təhdid yaradan ölkələrin fəaliyyətləri hədəf alınacaq və başda Rusiya və İran olmaqla bütün fəaliyyətləri bu çərçivədə qiymətləndiriləcək.
Bəyanatda İnqilab Keşikçiləri, kəşfiyyat bölmələri, təhlükəsizlik nazirlikləri və silahlı qüvvələr də daxil olmaqla, İran və Rusiyaya bağlı bütün qurumların İngiltərədəki fəaliyyətlərini qeyd etmələri tələb edildiyi vurğulanıb. Qeyd olunub ki, FIRS çərçivəsində qeydə alınan fəaliyyət qanunsuz və ya arzuolunmaz hərəkət deyil, icazə almaq və ya fəaliyyəti dayandırmağa ehtiyac yoxdur. Bununla belə, qeydiyyatdan keçməyə görə cinayət cəzasının olacağı xatırladılıb.

CNN Türk
Əminə Əliyeva