Skopyedə Aİ və Qərbi Balkan ölkələri liderlərinin sammiti başlayıb

Bölmə: Dünya › ,
Tarix: 21:28 01.07.2025

Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropa İttifaqı ilə Qərbi Balkan ölkələrinin liderləri arasında görüş başlayıb. Sammit Skopye şəhərindəki otellərdən birində keçirilir və Avropa İttifaqının eləcə də Balkan ölkələrinin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə baş tutur.

 

Tədbirdə Aİ-nin genişlənmə üzrə komissarı Marta Koş, Şimali Makedoniyanın baş naziri Xristian Mickoski, Albaniyanın baş naziri Edi Rama, Kosovonun baş naziri Albin Kurti, Monteneqronun vitse-premyeri Filip İvanoviç, Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Boriana Krişto və Serbiyanın Avropa inteqrasiyası üzrə naziri Nemanya Staroviç iştirak edirlər.

 

Görüşü açan Xristian Mickoski bildirib:

 

“Gücümüz qonşularla və Avropa İttifaqı ilə münasibətlərin möhkəmləndirilməsində, yeni bazarların, iş yerlərinin açılmasında, dostluğun gücləndirilməsində, ticarət maneələrinin aradan qaldırılmasında, infrastrukturun inkişafında və investisiyaların cəlb olunmasındadır. Bu, birlik və sabitliyə aparan yoldur”.

 

Anadolu Agency

Ayan Əsgərova