Ərdoğandan karikatura etirazı: “Alçaq təxribat”

Bölmə: Dünya › ,
Tarix: 21:29 01.07.2025

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya İl Başçıları Yığıncağında çıxışı zamanı bir yumor jurnalında yayımlanan karikaturaya sərt reaksiya verib. Prezident bildirib ki, bu karikatura nəzarətsiz və ədəbsiz bir əxlaq anlayışının nəticəsidir və heç bir halda qəbul edilə bilməz.

“Bu millətin dəyərlərindən xəbərsiz, ədəb-ərkanı tanımayan bəzi əxlaqsız şəxslərin hörmətsizliyi, yumor adı altında gizlədilmiş açıq-aşkar təxribatdır. Bu, həm də alçaq bir təxribatdır”, – deyə Prezident vurğulayıb.

Ərdoğan onu da əlavə edib ki, məsələyə hüquq-mühafizə orqanları dərhal müdaxilə edib, cinayət işi başlanılıb və lazımi hüquqi tədbirlər görülməkdədir.

Prezidentin bu açıqlaması geniş rezonans doğurub və hökumət dairələrində sözügedən karikaturanın ictimai təxribat kimi qiymətləndirilməsi ilə bağlı ciddi hüquqi addımların atılacağı bildirilib.

Mənbə: Haber Global
Türkan Kərimli