Qəzzada İsrail təcavüzünün qurbanlarının sayı 56 647 nəfərə çatıb

Tarix: 21:29 01.07.2025
Qəzza zolağındakı Səhiyyə Nazirliyi bildirib ki, 2023-cü il oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində həlak olanların sayı 56 647 nəfərə çatıb. Təkcə son 24 saat ərzində 116 fələstinli öldürülüb, 463 nəfər isə yaralanıb.
Son məlumatlara görə, 19 yanvar tarixində elan olunmuş atəşkəsin İsrail tərəfindən pozulmasından və 18 martda yeni hücum dalğasının başlanmasından bəri 6 315 nəfər ölüb, 22 064 nəfər isə yaralanıb.
Oktyabr ayında başlayan hücumlardan bu günədək 134 105 nəfər yaralanıb. Minlərlə cəsəd hələ də dağıntılar altında qalır, bu səbəbdən real itki sayı rəsmi rəqəmlərdən xeyli çox ola bilər.
Bundan əlavə, 27 may tarixindən bəri İsrail və ABŞ-ın birgə təşəbbüsü ilə yaradılmış “Qəzza üçün humanitar yardım fondu” çərçivəsində guya təhlükəsiz hesab edilən humanitar zonalarda fələstinlilərə qarşı məqsədli hücumlar davam edir. Yerli mənbələrin məlumatına görə, bu hücumlar nəticəsində 600 nəfər həyatını itirib, 4 278 nəfər isə yaralanıb.
Anadolu Agency
Ayan Əsgərova