Respublikaçılar Trampın büdcə qanun layihəsini qəbul etdirməkdə çətinlik çəkirlər

Bölmə: Dünya › ,
Tarix: 22:10 01.07.2025

 

ABŞ senatorları vergi və xərclərlə bağlı nəhəng qanun layihəsinə dəyişikliklər etməklə bağlı artıq 24 saatdan çox vaxt sərf ediblər, lakin qanun layihəsi hələ də kifayət qədər səs toplamadığı üçün dayanıb.


Senatda dörd respublikaçı senator hazırkı formada təxminən 1000 səhifəlik qanun layihəsini dəstəkləyə bilməyəcəklərini bildirib. Lakin Respublikaçılar partiyasının nəzarəti çox az fərqlə olduğu üçün yalnız bir senatorun razılığı yetərlidir. Qanun layihəsi Senatdan keçdikdən sonra yenidən Nümayəndələr Palatasına qaytarılacaq və orada da ciddi çətinliklərlə üzləşə bilər, çünki Respublikaçılar Palatada da yalnız bir neçə səs fərqi ilə üstünlüyə malikdirlər. Prezident Donald Tramp daha əvvəl Konqresə bildirib ki, bu qanun layihəsini 4 iyul tarixinədək masasında görmək istəyir, lakin o, çərşənbə axşamı etiraf edib ki, bu tarixə əməl etmək “çox çətin” olacaq.



BBC
Asiman Vəliyeva