Ziyəddin Səfərov OMON-çuların maşınında ölüb

Tarix: 10:23 02.07.2025
Ziyəddin Səfərov hadisə baş verən gün səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.
O bildirib ki, 27 iyun 2025-ci ildə Azərbaycan vətəndaşları Rudiyanın hüquq-mühafizə orqanları tərfindən öldürüıməsi nəticəsində araşadırma başlanılıb:
"İlkin araşdırma zamanı məlum olub ki, Rusiya hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində azərbaycanlılar saxlanılıb. Əməliyyat qurumunun əməkdaşları tərəfindən onlara ağır xəsarətlər yetirilib. Nəticədə Hüseyn Səfərov elə həmin gün Yekaterinburq şəhərində ölüb. Ziyəddin Səfərov isə həmin gün səhər saatlarında Rusiya hüquq mühafizə-orqanlarının avtomobilində ölüb".