Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı artıb

Tarix: 19:55 02.07.2025
Yekaterinburqun Leninski Rayon məhkəməsi iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının xüsusi amansızlıqla keçirdiyi əməliyyat nəticəsində saxlanılan Kamal Səfərov barəsində qərar çıxarıb.
"İnformator.az" APA-ya istinadən xəbər verir ki, məhkəmə K.Səfərov barəsində ittiham tərədinin şikayəti əsasında həbs qətiimkan tədbiri seçib.
Səfərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci maddəsi ilə ittiham irəli sütülüb.
Beləliklə, Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatıb.