Yekaterinburqda işgəncəyə məruz qalan bir nəfər Azərbaycana qayıdıb

Bölmə: Sosial › ,
Tarix: 10:28 02.07.2025

Rusiyanın əməliyyat axtarış qurumlarının əməkdaşları tərəfindən ən azı 14 nəfərin saxlanması, saxlanılan şəxslərdən 2 nəfər istisna olmaqla 12 nəfərin Azərbaycan vətəndaşı olması, onlardan ən azı 7 nəfərə qarşı fiziki zorakılıq və işgəncələtin tətbiqi müəyyən edilib.

 

"İnformator.az" APA-ya istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

 

O bildirib ki, həmin şəxslərdən 2 nəfər dünyasını dəyişib, iki nəfərin Yekaterinburqda yerləşən xəstəxanalarda müalicəsi davam etdirilir, 1 nəfər Azərbaycana qayıdıb: "Onun müstəntiqlərimiz tərəfindəbn barəsində tibbi ekspertiza təyin olunub. Digər 2 nəfər barəsində həbs qətiimkan tədbiri seçilib, 1i isə buraxılıb".