Özünə Güvən: İçimizdəki gücü kəşf etmək

Bölmə: Sosial › ,
Tarix: 16:49 02.07.2025

Özünə güvən insanı uğura aparan əsas amillərdən biridir. Bu, yalnız bacarıqlarımıza və biliklərimizə inanmaq deyil, eyni zamanda çətinliklər və uğursuzluqlar qarşısında sarsılmaz qalmaq deməkdir. Özümüzə inamla, arzularımızı və hədəflərimizi reallığa çevirə bilərik.

 

Mövzu ilə bağlı psixoloq Nizami Orucov "İnformator.az"açıqlamasında bildirib ki ,özünə güvəni inkişaf elətdirmək üçün ən sadə üsul kiçik risklərə əl atmaqdır.Gündəlik həyatdaki çətin situasiyalara bir az real baxıb onlardan getmək və yaxud da səhvlərimizi qəbul etmək lazımdır:

 

"İlk növbədə , biz unutmamalıyıq ki , bizim valideynlərimizin bizə necə baxdığı bizdə "Mən kiməm?" sualının cavabını formalaşdırır.Yəni, əgər bir uşaq həddindən çox tənqid edilib , digər uşaqlarla müqayisə olunubsa və yaxud da ona şərti sevgi anlayışı formalaşdırılıbsa-bu həmin insanda uşaqlıqdan özünə inamı olduqca sarsıdır.Yəni , orda sağlam özünə güvən formalaşa bilmir.Əksinə, əgər zəiflərimizə baxmayaraq valideynlərimiz bizi qəbul edibsə, hisslərimizi dinləyiblərsə, hər zaman dəstək , qayğı göstərilibsə uşaqlıqdan biz özünə güvənlə formalaşırıq.Bu yeniyetməlik dövründə bir az sarsıla bilər.Amma yenədə bu dövrdə də valideynlər yeniyetməyə özünü ifadə etməyində, öz şəxsi sərhədlərini formalaşdırmağa köməklik edirlərsə , bu, sağlam özünə güvənin yaranmasına gətirib çıxarır.

 

Özünə yüksək güvəni olan insanlar, əsasən, hər sözü tənqidi hücüm kimi qəbul etmirlər , səhv etdikləri zaman özlərini çox günahlandırmırlar, özlərini olduqları kimi qəbul edirlər , eyni zamanda da irəliləməyə , inkişaf etməyə çalışırlar.Kimsə tərəfindən tərk edilməkdən çox qorxmurlar.Özünə güvəni aşağı olan insanlar isə , daim kimsə tərəfindən təsdiq axtarırlar, yəni gözləyirlər ki , bir müdir , rəhbər , xanım və yaxud da bir bəy onları təsdiqləsin.Başqalarının fikri , reaksiyası onlarda özü haqqında bir rəy formalaşdırır.Bir sözlə, başqa bir adam onlarla pis davrananda onlar düşünürlər ki , deməli , mən pisəm və yaxud da pis düşüncələrə layiqəm.Uğurdan çox uğursuzluğa fokuslanırlar".

 

Ekspert özünə güvən və ego arasındaki fərqlərdən də söz açıb:

 

"Özünə güvənən insan daha çox sakit və dərin inam formasında olur.Yəni, özünə inanır ki , hər bir şeyi bacara bilərəm.Ego isə bir az əksinə olur.Egolu insanların düşüncə tərzi isə , mən hamıdan üstünəm kimi formalaşır.Özünə güvəni olan insan özü ilə məşğul olur , egosu olan insan isə o üstünlüyü və digər insanları özündən aşağı görür.

 

Sosial medianın da insanların həyatına təsirləri çoxdur.Ümumiyyətlə, sosial medianın hələ insan psixologiyasına təsiri nə qədər araşdırılsa da , bundan sonra da araşdırılmağa davam ediləcəkdir. Sosial şəbəkə insanda daha çox "bəyənilmə" mexanizmlərini işə salır. Yəni, insan süni şəkildə bəyənilmək üçün özünü təqdim etməyə məcbur olur.Və yaxud da əksinə,tənqidlər sosial şəbəkələrdə gəlir.Bəzən olur ki , o tənqidləri bir inkişaf kimi görürəm , bəzən də bu insanda bir yetərsizlik hissi yaradır.Məsələn, bir çox xanım bloggerlər tənqidlərdən sonra ya səhifələrini bağlayırlar , ya da fəaliyyətlərinə xitam verirlər.Çünki onlarda dəyərsizlik hissi formalaşdırılır".

 

Məmmədova Nəzrin