Azərbaycan və Özbəkistandan turizm əməkdaşlığına yeni addım

Bölmə: Sosial › ,
Tarix: 14:35 02.07.2025

Azərbaycan və Özbəkistan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni təşəbbüslər irəli sürülüb. İki ölkə turist axınını artırmaq və qarşılıqlı səfərləri asanlaşdırmaq məqsədilə viza prosedurlarının sadələşdirilməsi məsələsini gündəmə gətirib. Bu addım regional turizmin inkişafına təkan verməklə yanaşı, iqtisadi və mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.


Bu mövzu ilə bağlı açıqlamasında Turizm eksperti Ceyhun Aşurov "İnformator.az"a bildirib ki, Azərbaycan və Özbəkistan arasında son dövrlər iqtisadi yaxınlaşma var və əlaqələr güclənir, birbaşa uçuşlar isə mövcuddur:


"Bu, əlbəttə ki, hər iki ölkə arasında turist gəliş-gedişini artıran faktorlardandır. Həmçinin, iki ölkə arasında viza proseduru və baryer yoxdur — bütün bunlar ölkələrarası inkişafa təsir göstərir. Siyasi yaxınlaşma fonunda iqtisadi yaxınlaşma, turizm əlaqələrinin genişlənməsi, mədəni əlaqələrin yaxınlaşması və s. baş verir. Bunlar həm də iki ölkə vətəndaşlarının ticarət əlaqələrinə, mədəni yaxınlaşmalarına və gəliş-gedişlərinə müsbət təsir göstərən amillərdəndir. Eyni zamanda, qarşılıqlı investisiyanın təşviqi nəticəsində Azərbaycanın iş adamlarının orada investisiyaları son dövrlər artmışdır. Oradan məhsulların idxalı Azərbaycana, Azərbaycanın isə Özbəkistana ixracı məsələləri son dövrlər artan xəttlə davam edir. Ölkələr arasında viza prosedurunun olmaması, birbaşa uçuşların olması və əlverişli şərtlərin yaranması həmçinin həmin ölkələr arasında turist axınına və turist hərəkətlərinə müsbət təsir göstərir".


Xəlilli Nigar