Mühüm yataq işğal edilib, Trampdan səs çıxmayıb

Bölmə: Dünya › ,
Tarix: 10:51 03.07.2025

"Kiyevin Donetskin qərbindəki litium yatağına nəzarəti itirməsinə Vaşinqtonun reaksiya verməməsi ABŞ Prezidenti Donald Trampın Ukraynaya marağının demək olar ki, tamamilə itdiyini nümayiş etdirir".

"İnformator.az" xəbər verir ki, bu fikri Vaşinqtonda yerləşən “Müdafiə Prioritetləri” analitik mərkəzinin tədqiqatçısı Cennifer Kavano qələmə aldığı məqaləsində bildirib.

"Sənaye analitikləri sözügedən litium yatağının kifayət qədər kiçik, lakin filizin konsentrasiyasına və yüksək keyfiyyətinə görə qiymətli olduğunu hesab edirlər. Başqa sözlə, Tramp administrasiyası bu ilin əvvəlində Ukrayna ilə gündəmdə olan faydalı qazıntı müqaviləsi imzalayanda məhz bu aktivdən istifadə etmək istəyirdi", - o qeyd edib.

Kavanonun sözlərinə görə, faydalı qazıntıların Rusiyanın əlinə keçməsi Tramp və ya onun müşavirlərinin açıq reaksiyasına səbəb olmayıb:

“Sazişin ABŞ-ın Ukraynada daimi və uzunmüddətli maraqlarını və gələcəkdə onun təhlükəsizliyini təmin edəcəyinə ümid edən Ukrayna və onun tərəfdarları, şübhəsiz ki, məyus olacaqlar. Bu vəziyyət Ukraynanın hazırda Trampın prioritetlər siyahısında nə qədər aşağı yer tutduğunu göstərir”.