Bakıda qardaş qardaşı qətlə yetirib

Tarix: 12:05 03.07.2025
"İnformator.az" "Teleqraf"a istinadla xəbər verir ki, hadisə iyulun 3-də səhər saatlarında paytaxtın Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.
Orada yaşayan Amin Nuri 1996-cı il təvəllüdlü qardaşı Aslan Nurini öldürüb.
Amin Nuri daha sonra könüllü şəkildə polisə təslim olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.