Zaporojye və Kiyev vilayətlərinə PUA hücumu olub, yaralılar var

Tarix: 10:25 06.07.2025
Ötən gecə Rusiya Ordusu Ukraynanın Zaporojye və Kiyev vilayətlərinə pilotsuz uçuş aparatları ilə hücum edib.
"İnformator.az"ın UNİAN-a istinadən verdiyi xəbərə görə, Zaporojye vilayətində 89 yaşlı qadın yaralanıb.
Kiyevin Vışqorodsk rayonuna PUA hücumu nəticəsində isə 3 nəfər xəsarət alıb. Bununla bərabər, iki çoxmərtəbəli binaya ziyan dəyib, 4 obyekt və avtomobil yanıb, o cümlədən 3 avtomobilə ziyan dəyib.