Ukraynanın Aİ-yə üzvlüyü Macarıstan iqtisadiyyatını dağıda bilər-Orban

Tarix: 14:26 06.07.2025
Avropa İttifaqına (Aİ) üzv ölkələr Macarıstanın nümunəsini izləyərək Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirsəydilər, əhalinin əksəriyyəti bu addıma qarşı çıxarıb.
"İnformator.az" xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orbandeyib.
O qeyd edib ki, Brüsseldəki bürokratlar Ukraynanın Aİ-yə üzvlüyünü "mürəkkəb arqumentlərlə əsaslandıra bilsələr də", sadə vətəndaşların bu məsələyə münasibəti çox aydındır:
“Əgər müharibə vəziyyətində olan Ukraynanı İttifaqa daxil etsək, müharibəni də Avropaya daxil etmiş olarıq. Biz Avropada müharibə istəmirik. Ukraynanın Aİ-yə daxil olması Macarıstan iqtisadiyyatı üçün ciddi risklər yaradır. Ukraynanın üzvlüyü iqtisadiyyatımızı dağıda bilər. Bu təhlükə çox böyükdür. Brüssel vətəndaşların rəyini nəzərə almadan qərar qəbul etməklə yanlış yol tutur”.