Moskva ilə Peterburq arasında hava əlaqəsi iflic olub

Bölmə: Dünya › ,
Tarix: 14:54 06.07.2025

Moskva ilə Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub.


"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

 

Məlumata əsasən, günortaya planlaşdırılan 52 reysdən 30-u ləğv edilib, 9-u isə gecikib.


Qurumdan bildirilib ki, Sankt-Peterburqdan Moskvaya gedən qatarlara biletlər tamamilə satılıb.

 

Assosiasiya iyulun 5-də uçuşların təxirə salınması və ləğv edilməsinin ən azı 75 min sərnişinin planlarına təsir etdiyini qeyd edib.