Putin ABŞ ilə tarixi əlaqələrdən danışıb-Həmişə ortaq məqam tapdıq

Tarix: 15:09 06.07.2025
Rusiya Prezidenti Vladimir Putin ABŞ ilə ölkəsi arasında uzun illər ərzində xüsusi və müsbət münasibətlərin mövcud olduğunu bildirib.
"İnformator.az" xəbər verir ki, bu barədə o, rusiyalı jurnalist Pavel Zarubinəmüsahibəsində deyib.
Putinin sözlərinə görə, Rusiya tarixən ABŞ-nin müstəqillik yolunda atdığı addımları dəstəkləyib:
“Biz onların Böyük Britaniyadan asılılıqdan xilas olmaq istəklərini dəstəkləmişik. Hətta silah və maliyyə yardımı göstərmişik. Daha sonra isə Vətəndaş müharibəsində Şimal tərəfi dəstəkləmişik”.
Putin əlavə edib ki, Rusiya ilə ABŞ arasında hər zaman ortaq nöqtələr və əməkdaşlıq imkanları olub.
Xatırladaq ki, iyunun 3-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Tramp Ukrayna ətrafındakı vəziyyətdən narazı qalıb və bildirib ki, sülh prosesində irəliləyiş yoxdur.