Dənizdə batan şəxs xilas edilib

Tarix: 15:14 06.07.2025
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1968-ci il təvəllüdlü Eminova Nazilə Balaxan qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.