Rusiyada ammonyak daşıyan tanker partladı

Bölmə: Dünya › ,
Tarix: 16:52 06.07.2025

Sankt-Peterburq yaxınlığındakı Ust-Luqa limanında ammonyak tankerində partlayış baş verib.

 

"İnformator.az" "Axar.az" a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Məlumata görə, yükləmə zamanı maşın bölməsində qəza olub. Partlayış nəticəsində ammonyak sızması baş verib və yükləmə dayandırılıb. Hadisənin texniki nasazlıq və ya diversiya nəticəsində baş verə biləcəyi ehtimalları var.