Litvaya söz veririk, sizi qoruyacağıq-Ştaynmayer

Bölmə: Dünya › ,
Tarix: 17:14 06.07.2025

Almaniya özünü müdafiə etmək və azadlığını qorumaq üçün Litvaya qoşunla kömək edəcək.

 

"İnformator.az" xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer deyib.


“Almaniya hərbi briqadasını Litvada yerləşdirməklə biz daimi söz veririk: sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir. Bu briqada qarşılıqlı məsuliyyəti və ittifaqa sadiqliyi təcəssüm etdirir. Kim Litvanı müdafiə edirsə, Avropanı, Avropa dəyərlərini müdafiə edir. Siz isə, əziz litvalılar, bunu hər gün edirsiniz”, - Ştaynmayer bildirib.