İsrail HƏMAS-ın dəniz qüvvələrinin komandirini zərərsizləşdirdiyini açıqlayıb

Tarix: 17:35 06.07.2025
İsrail hərbçiləri Qəzza zolağının şimalında HƏMAS dəniz qüvvələrinin komandirini zərərsizləşdirib.
"İnformator.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sözçüsü məlumat yayıb.
“HƏMAS-ın dəniz bölməsinin komandiri, terrorçu Rəmzi Ramdan Abed Əli Salehi öldürülüb”, - məlumatda deyilir.
Məlumata görə, zərbə zamanı HƏMAS-ın minaatan bölməsinin komandir müavini Hişam Mənsur və minaatan bölməsinin bir silahlısı da daxil olmaqla, bir neçə hərəkat üzvü öldürülüb.