A.Əraqçi: İran-İsrail müharibəsində 6 mindən çox adam ölüb və yaralanıb

Bölmə: Dünya › ,
Tarix: 22:25 06.07.2025

 

İranda İsraillə münaqişənin açıq mərhələsində 6000-dən çox adam ölüb və ya yaralanıb.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bunu islam respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib.


İyunun 13-ü gecə saatlarında İsrailin raket zərbələri ilə İranı hədəf alması qarşılıqlı hücumlarla müşayiət olunan müharibəyə sonradan ABŞ də qoşulub. İyunun 24-də isə hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunub.