Formula 1: -Titullu pilotlar yenə geridə qalıb

Bölmə: Dünya › ,
Tarix: 22:28 06.07.2025

"Maklaren" pilotu Lando Norris Formula 1 üzrə Böyük Britaniya Qran Prisinin qalibi olub.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Silverstoun halqasında təşkil olunan yarışda ikinci yeri onun komanda yoldaşı və çempionatın lideri Oskar Piastri tutub.

 

"Kik Zauber" sürücüsü Niko Hülkenberq isə üçüncü olub.

 

7qat dünya çempionu, "Ferrari" pilotu Lüis Hemilton finişə dördüncü çatıb.


Dördqat və son çempion, "Red Bull" sürücüsü Maks Ferstappen beşinci olub.