Ukrayna XİN təmsilçisi ölkəsinin Rusiya ilə danışıqlarda məqsədini açıqlayıb

Bölmə: Dünya › ,
Tarix: 22:33 06.07.2025

Ukrayna Rusiya ilə danışıqlarda onların effektivliyinə inandığı üçün iştirak etmir.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin təmsilçisi Georgi Tixiy açıqlama verib.

 

O bildirib ki, sadəcə, Ukrayna heç kimin onu ​​sülh istəməməkdə ittiham etməsini istəmir.


XİN təmsilçisinin sözlərinə görə, Ukrayna nümayəndə heyəti iki məqsəd güdür: "Birincisi humanitar məqsəddir: əsirlərin qaytarılması və digər bənzər məsələlərin həlli. İkincisi siyasi məqsəddir - kiminsə Ukraynanı sülh istəməməkdə ittiham etməsinin qarşısını almaq. Müxtəlif dairələrdə, müxtəlif ölkələrdə, hətta müttəfiq ölkələr arasındaKifayət qədər belə cəhdlər var".