“Euronews Gürcüstan”ın təsisçisi saxlanılıb

Bölmə: Dünya › ,
Tarix: 22:37 06.07.2025

Gürcüstanın nüfuzlu iş adamı Giorgi Ramişvili saxlanılıb.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, biznesmenin Tbilisi hava limanında saxlanıldığı bildirilir.

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, G.Ramişvili Cinayət Məcəlləsinin odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması maddəsi üzrə saxlanılıb.


G.Ramişvili “Silk Road Group” və “Silknet” şirkətlərinin, “Euronews” telekanalının 2019-cu ildə yaradılmış Gürcüstan nümayəndəliyinin təsisçisidir.