BRİKS-in növbəti sammiti 2026-ci ildə Hindistanda keçirliəcək

Bölmə: Dünya › ,
Tarix: 22:40 06.07.2025

Bu gün Braziliyada BRİKS ölkələri liderlərinin sammiti başa çatıb. 

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, sammitin yekun bəyannaməsində liderlər Ukraynadakı vəziyyətlə bağlı mövqelərini bildiriblər.

 

Onlar münaqişənin nizamlanması üçün indiki səylərin sülh yolu ilə razılığa gətirib çıxaracağına ümid etdiklərini vurğulayıblar.

 

Sənəddə qeyd olunub ki, liderlər bu məsələdə vasitəçiliklə bağlı hazırkı təklifləri yüksək qiymətləndirirlər.


Yekun bəyannamədə eyni zamanda son günlər Ukrayna Silahlı Qüvvələrinin Kursk, Bryansk və Voronej vilayətlərində dəmir yollarına və körpülərə edilən hücumları və İrana hərbi zərbələrin endirilməsini pisləyiblər.