İsrail "Qara Bayraq" əməliyyatına başlayıb

Tarix: 07:31 07.07.2025
İsrail husilərə qarşı “Qara Bayraq” adlı hərbi əməliyyata başlayıb.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, "Qara Bayraq" əməliyyatı çərçivəsində ordu husilərə məxsus infrastruktura – Hodeyda, Əs-Salif və Ras İsa limanlarına, Ras Katib elektrik stansiyasına, eləcə də təxminən iki il əvvəl husilər tərəfindən ələ keçirilmiş və hazırda Qırmızı dənizdə istifadə olunan “Galaxy Leader” gəmisinə zərbələr endirib.