Avropa çempionatı: Azərbaycan yığması Litvaya uduzub

Bölmə: İdman › ,
Tarix: 16:12 07.07.2025

 

"Azərbaycanın qızlardan ibarət basketbol millisi ysxşı inkişaf xəttindədir. Sadəcə yaş hədlərindən oyun tərzində fərqli taktikalar müşahidə olunur. Xatırlayırsızsa, bizim qızlardan ibarət millimiz Ermənistan komandasına qalib gəlib, digər oyunlarda da 1ci yer tutub. Bu turnirə gəlincə, Litvaya 31-82 hesabla məğlubiyyət faciə hesab olunmamalıdır. Çünki Litvada basketbol yetərincə yüksək səviyyədə inkişaf edib: istər kişilər, istər qadınlar arasında. Litva ilə görüşdə məğlubiyyət gözlənilən idi. Sadəcə rəqibin ardıcıl xal qazanması və ya digər məqamlardakı oyun tərzi bizim qızları bir qədər məyus edib və sonda belə böyük hesablı xal fərqi ilə məğlub olublar".


Bu sözləri "Todaypress.tv" saytının redaktoru Namiq Abbasov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bundan öncəki oyunlara fikir versək, komandamız Bosniya Venesada oyunda qələbə həzmi nümayiş etdirib və 83-81 hesablı ağır mübarizədə qalib gəlib:


"Bizim qızlardan ibarət millimiz indi addım atmağa başlayıb. Mütəxəssislərin də bu sahədə böyük zəhməti var. Menecment sahəsində də daha uğurlu işlər sayəsində qızların yarışında böyük uğura nail olmaq olar.

Bizim qızlarımız yetərincə hündürboylu deyillər. Bax bu bizi Baltikyanı, Balkan ölkələrindın fərqləndirən cəhətdir. Fikir versəniz, onlarda ümumiyyətlə insanlar yüksəkboyludur, basketbolda da yüksəkboy böyük önəm təşkil edir. Həm səbətaltı oyunda, həm müdafiədə rəqibi zərərsizləşdirmək, həm də başa-baş mübarizədə səbət önündə böyük önəm təşkil edir. Bizdə də boy ortadan azca yüksəkdir, bu bizim zəif cəhətimizdir. Güclü tərəfimiz isə: daha bəsitboylu idmançılar nisbətən çevik olurlar, meydançadaki yerdəyişmələri də bir göz qırpımında baş verir. Bu da rəqibi çaşdıra bilir. Bu nə qədər üstünlük olsa da, bizə uğur qazandırmır. Taktiki fəndlərlə xal qazandıran basketbolçularımız yetəri qədər deyil".


Müsahibimizin sözlərinə görə, taktiki cəhətdən rəqiblər bizi üstələyirlər, ancaq bu tədricən öz yerini tapacaq:


"Bir qədər seleksiya işini gücləndirmək lazımdır, daha hündürboylu qızlar tapmaq, onları basketbola maraqlandırmaq lazımdır.
Adətən biz bilirik ki, bu idman növlərinə Azərbaycan qızları çox da meyilli olmurlar, burada mentalitet səbəbi də var. Amma artıq 21-ci əsrdə yaşayırıq, əgərbu cür kollektiv idmanlarda uğur qazanmaq istəyiriksə, bu səbəblərə dirənməmək lazımdır.

İyulun 8-də keçiriləcək İslandiya yarışında bəs nəyə fokuslanmalıyıq?
Onlar da bizi boy cəhətdən üstələyirlər, fiziki güclüdürlər. Biz onları yenə çevikliklə üstələyə bilərik. Səbətaltında mübarizələr çətin olacaq, rəqibin fiziki xüsusiyyətlərini nəzərə alaraq bunu deyirəm. Çalışmaq lazımdır ki, 3 xallı atışlarda nədəsə üstünlük qazana bilək. Məhz bunun sayəsində biz rəqibi şoka sala bilərik".


Zəhra Möhübbətova