ADY Çin şirkətləri ilə tranzit daşımalarda əməkdaşlığı gücləndirir

Bölmə: Dünya › ,
Tarix: 17:48 07.07.2025

İyulun 7-də “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nümayəndə heyəti Çinin nəqliyyat-logistika şirkətləri ilə görüşlər keçiriblər.

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, ADY-dən verilən məlumata görə, ADY sədri Rövşən Rüstəmov Çinin CRRC (“China Railway Rolling Stock Corporation”) korporasiyasının vitse-prezidenti Fanq Fenq və korporasiyanın Çjuçjou lokomotiv istehsalı şirkətinin sədri Van Qiaolinlə keçirilən görüşlərdə Azərbaycanın beynəlxalq nəqliyyat-logistika zəncirində rolunun artması ilə əlaqədar olaraq, yük daşımalarının etibarlı və təhlükəsiz təmin edilməsi üçün lokomotiv parkının yenilənməsi və genişləndirilməsinə, CRRC ilə bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verildiyini qeyd edib.

Həmçinin Çindən 7 ədəd yeni lokomotivin alınması ilə bağlı carı ilin aprel ayında imzalanmış sazişin təfərrüatları, ADY mütəxəssisləri üçün təlim kursları və texniki treninqlərin təşkili, texniki həllər, istehsalat imkanları, təcrübə mübadiləsi kimi məsələlər müzakirə olunub.