ABŞ ilə danışıqları bərpa etməyə hazırıq, lakin...

Bölmə: Dünya › ,
Tarix: 18:06 07.07.2025

Tehran ABŞ ilə danışıqları bərpa etməyə hazırdır, lakin bu məsələdə əsas problem etimad çatışmazlığıdır.

 

"İnformator.az" Teleqrafa-a istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.


“Biz danışıqların bərpasında problem görmürük. Bu proseslə bağlı müəyyən şərtlər var. ABŞ-ə necə yenidən etibar edə bilərik? Əgər danışıqlara qayıtsaq, İsrailin bizi bir daha vurmasına icazə verilməyəcəyinə necə əmin ola bilərik?”.