Azərbaycan Türkiyədən bəzi heyvanların idxalını məhdudlaşdırıb

Bölmə: Siyasət › ,
Tarix: 18:52 07.07.2025

Azərbaycan, Türkiyənin Çorum və Amasya vilayətlərində baş verən dabaq xəstəliyi ilə bağlı bu bölgələrdən təkdırnaqlı heyvanlar və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib.

 

"Report"un məlumatına görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) verdiyi məlumata əsasən Qida Təhlükəsizliyi Agentliyi bu qərarı qəbul edib.

 

Məhdudiyyətlər xəstəlik ocağından 10 km radiusda olan zonaya şamil olunur və beynəlxalq baytarlıq kodeksinə əsaslanır. Agentlik Dövlət Gömrük Komitəsinə də müvafiq tədbirlərin görülməsi üçün müraciət edib.


Caliber
Billurə Quliyeva