Avroqrup prezidentliyi uğrunda mübarizə

Tarix: 18:55 07.07.2025
7 iyulda Avrozonanın maliyyə nazirləri yeni Avroqrup prezidentini seçəcəklər. Vəzifəyə üç namizəd var: İrlandiyadan Paskal Donohoe, İspaniyadan Karlos Kuerpo və Litvadan Rimantas Şadzius.
Kuerpo Avrozonanın uzunmüddətli böyüməsini və bank birliyinin tamamlanmasını hədəfləyən iddialı bir proqram təklif edir. Donohoe isə sabitlik və şəffaflıq vəd edir, keçmiş uğurlara əsaslanaraq yenidən seçilmək istəyir. Şadzius isə daha balanslı bir kapital bazarları ittifaqı və inteqrasiyanın dərinləşdirilməsini dəstəkləyir.
Səsvermə gizli keçiriləcək və qalib olmaq üçün namizədin 20 səsdən ən azı 11-ni qazanması lazımdır. Əsas mübarizə Donohoe ilə Kuerpo arasında gedəcəyi gözlənilir.
Euronews
Billurə Quliyeva