İtaliya Prezidenti Mattarelladan Aİ-nin genişlənməsinə dəstək

Tarix: 22:21 07.07.2025
İtaliya Prezidenti Sergio Mattarella Avropa İttifaqına (Aİ) üzvlüyə daha da yaxınlaşan Qərbi Balkanların genişlənmə prosesinin daha da gecikmədən tamamlanması mesajını verib.
İtaliya Prezidenti Sergio Mattarella, Avropa İttifaqına (Aİ) üzvlüyə daha da yaxınlaşan Qərbi Balkanların genişlənmə prosesinin daha da gecikmədən tamamlanması mesajını verib.
Mattarella, Xorvatiyanın paytaxtı Zaqrebdəki rəsmi səfəri çərçivəsində xorvat həmkarı Zoran Milanoviçlə görüşüb.
Aİ-nin qitədə sülhün təmin olunması üçün çalışdığını vurğulayan Mattarella deyib: “Bu, digər ölkələr və beynəlxalq ictimaiyyət üçün nümunə ola biləcək bir mövqedir. Avropa, hər şeydən əvvəl əməkdaşlıq məsələsində təhlükəsizlik ehtiyaclarını axtaran və bu barədə düşünən tərəf olmuşdur”.
Mattarella, İtaliya ilə Xorvatiya arasında yaxşı və dərin əlaqələrin olduğunu ifadə edərək bildirib: “Hər iki ölkə ortaq məqsədlər istiqamətində irəliləyir və dünyanın çətin və dəhşətli müharibələr yaşadığı bu dövrdə sülhün təmin olunması üçün həmrəylik nümayiş etdirir. Bu səbəbdən əməkdaşlığımız daha da qiymətlidir, lakin irəliləmək üçün yeni formalar da tələb olunur”.
O həmçinin bildirib ki, İtaliya ilə Xorvatiya bir çox sahədə əməkdaşlıq edir: “Xorvatiya və İtaliya, xüsusilə son 20 ildən artıq bir müddətdə Aİ-yə daha da yaxınlaşan Qərbi Balkanların genişlənmə prosesinin daha da gecikmədən tamamlanması barədə eyni fikirdədir”.
Xorvatiya Prezidenti Zoran Milanoviç isə Aİ-nin bir “sülh layihəsi” olduğunu qeyd edərək deyib: “Biz Aİ-nin qlobal mənada bir sülh layihəsi olduğunu deyirik, lakin son zamanlar bu vəziyyət əvvəlki kimi deyil. Təbii ki, burada bir çox qeyri-müəyyənliklər də var. Həyat, qonşuluq və əməkdaşlıq baxımından götürdükdə, Aİ Xorvatiya və İtaliya üçün faydalı və yararlı olmuşdur”.
Mattarella, Zaqrebdəki görüşləri çərçivəsində həmçinin Xorvatiya Baş naziri Andrej Plenkoviç və Parlament sədri Qordan Yandrokoviçlə də görüşəcək, Xorvatiyadakı italyan azlığının nümayəndələri ilə bir araya gələcək.
TRT XƏBƏR
Lalə Qurbanlı