İmralı nümayəndə heyəti prezident Ərdoğan ilə görüşüb

Bölmə: Dünya › ,
Tarix: 22:26 07.07.2025

 


PKK-nın silahı yerə qoymağa başlaması gözləntiləri davam edərkən DEM Partiyası İmralı heyəti prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Bu görüş mətbuata qapalı olub və bir saata yaxın davam edib.

Nümayəndə heyətinə DEM Partiyasının Van Millət vəkili Pervin Buldan və DEM Partiyasının Mardin millət vəkili Mithat Sancar daxil olub. Səfərdən əvvəl açıqlama verən Buldan və Sancar görüşün “tarixi” əhəmiyyət daşıdığını bildirib. Pervin Buldan "Bizim üçün tarixi bir görüşdür. Çünki proses indi yeni mərhələyə qədəm qoyur və bu yeni mərhələdə məsləhətləşmələrə, fikir mübadiləsinə ehtiyac var", deyib. Mithat Sancar da "Bu görüş həqiqətən vacibdir. Biz indicə hörmətli həmsədrlərimizlə məsləhətləşdik. Məlumdur ki, proses yeni mərhələyə çatıb. Bu yeni mərhələnin xüsusiyyətləri və gələcək üçün tələblər barədə bu gün hörmətli prezident və onun nümayəndə heyəti ilə məsləhətləşəcəyik".

Pəncə-Kilit əməliyyatı bölgəsində bir mağarada aparılan axtarış və yoxlama əməliyyatı zamanı metan qazına məruz qalan 19 əsgərdən 12-nin ölümü ilə əlaqədar olaraq Sancar: "Həqiqətən çox kədərləndik. Hörmətli Öcalanla görüşərkən bu xəbər gəldi. Bu yolda həm Öcalanı, həm də borcumuzu irəli sürmək bizim üçün çox kədərlidir" ,deyib.


BBC NEWS
Səmayə Səftərova