ABŞ Ukraynaya yardımını dayandırmayacaq

Bölmə: Siyasət › ,
Tarix: 14:48 08.07.2025

ABŞ Ukraynaya hərbi yardımı dayandırarsa, Rusiya-Ukrayna münaqişə zonasında nələrin baş verəcəyi ilə məqamlar açıqlanıb.


Mövzu ilə bağlı “İnformator.az”a politoloq Elşad Həsənov bildirir ki, ABŞ son günlər Ukraynaya ayrılan yardımları dayandırıb:


“Bunu da ABŞ-nin dövlət katibinin sözçüsü mətbuat katibi bildirdi ki, bu, Trampın razılığı ilə olub. Ancaq ABŞ prezidenti Trampın Rusiya prezidenti Putinlə sonuncu danışandan sonra Tramp fikrində dəyişiklik edib. Putinin müharibəni dayandırmadığına görə Ukraynaya yardım edəcəklərini artıq mətbuatda bildirib. Zelenski də Trampın danışan zaman ABŞ-lə birlikdə dronların istehsalı haqqında razılığa gəldiklərini bildirirlər. Eyni zamanda mən hesab edirəm ki, həm də Avropa İttifaqı Ukraynaya yardımı daha da artırırlar. Artıq bildiyimiz kimi, İngiltərə Rusiya ilə müharibəyə hazırlaşmaq üçün altı hərbi zavod tikir. Orada raketlər, tanklar istehsal olunacaq. Almaniya da müharibəyə ciddi hazırlaşır. Almaniyanın kansleri Fridrix Merz Rusiyanın təcavüzkar siyasətini pisləyərək ona qarşı ciddi addımlar atmağın vaxtı çatdığını bildirir. Ona görə də o bildirir ki, biz Ukraynanı məğlub olmağa qoymamalıyıq. Bunun üçün də Avropa İttifaqı ümumi daxili məhsulun Trampın tələbindən beş faiz qədər qaldırması gündəmdədir. Bunlar hamısı hərbiyə yönələndə hesab edirəm ki, Rusiyaya cürət edib onlara hücum edə bilməz. Eyni zamanda Ukraynaya ona görə dəstək göstərirlər ki, əgər Ukrayna tezliklə məğlub olsaydı, Rusiya bu gün digər ölkələrə hücum etmək istəyəcəkdi. ABŞ-nin Ukraynaya yardımın dayandırılması siyasəti səhv idi və onu da elə Putinin köməkliyi ilə Tramp düzəltdi. Putin Trampla danışığı alınmadı və Tramp seçki öncəsi verdiyi vədlərini yerinə yetirə bilmədi. Ona görə Ukraynaya kömək edəcəklərini bildirdi”.

 

Həmçinin şərhçi Ukrayna xalqının vəziyyətindən də danışıb:

 

“Ukrayna xalqı doğrudan da bu gün hər biri həm Avropa, həm Qafqazlar üçün döyüşür. Bu sözün həqiqi mənasında son zamanlar Rusiyanın apardığı siyasət bunu bariz şəkildə göstərir. Rusiya şovinizm siyasəti yeridir. Rusiya ancaq rusların hegemon millət olduğunu bildirir, digər millətlərin xalqların isə onlara “köləsi” olduğunu. Ancaq hesab edirəm ki, bu da onların özlərinin ziyanına işləyir. Hazırda Ukraynada dron istehsalı üçün çox yüksəkdir. Sonuncu da ABŞ-lə birlikdə istehsal edəcəkləri dronlar da elə bilirəm ki, müharibəyə Ukrayna tərəfinin daha da güclənməsinə böyük töhfə olacaq. Eyni zamanda yaxın zamanda Ukrayna hava məkanını gücləndirmək üçün yeni patrul sistemləri və raketləri də veriləcəkdir”.

 

Son olaraq politoloq qeyd edir ki, Çin ümumiyyətlə Ukraynaya yardım göstərmir:

 

“Çin başa düşür ki onun ABŞ əsas nişangahı, Çindir. ABŞ bunu dəfələrlə bildirirlər ki, Çin AB-nin birinci düşmənidir. Çin də öz təhlükəsizliyini təmin etmək üçün Rusiyaya kömək edir. Putinin apardığı siyasət də ona yönəlmişdi ki, Tramp Rusiyanı ABŞ-yə yaxınlaşdırsın və gələcəkdə Çinə qarşı müharibədə Rusiyadan da istifadə etsin və yaxud da Rusiyanı neytral vəziyyətdə saxlasın. Ancaq görünən odur ki, gizli yollarla Çin bu gün də Rusiyaya baxmayaraq bildirir ki, biz Rusiyaya kömək etmirik, ancaq onlarhərbi yardımlar göstərirlər. Bu da artıq çoxdan sübut olunub. Çinin Ukraynaya kömək göstərməsi hesab edirəm ki, mümkün deyil. Ukrayna NATO ölkələri, o cümlədən Türkiyə ciddi dəstək göstərir və ABŞ-də bundan sonra hərbi köməkliyini artıracaq və yaxın bir neçə aya da Ukrayna işğal olunmuş torpaqları azad etməyə başlayacaq”.


Aysel Mirzəyeva