Eyni gün ölü tapılıb

Bölmə: Dünya › ,
Tarix: 18:02 08.07.2025

Rusiya Prezidenti Vladimir Putin bu səhər vəzifədən azad etdiyi Nəqliyyat naziri Roman Starovoit ölü tapılıb. Starovoitin avtomobildə silahla intihar etdiyi bildirilib.

 

Təyinatdan bir neçə saat sonra ölkədə zəlzələ təsiri yaradan bir hadisə baş verib. Səhər saatlarında Putin tərəfindən vəzifədən azad edilən Starovoit ölü tapılıb. Rusiya mediasında yayılan xəbərlərə görə, sabiq nazirin özünü silahla vuraraq həyatına son verdiyi məlum olub.

 

Rusiya xəbər agentlikləri təhlükəsizlik mənbələrinə istinadən keçmiş nazirin paytaxt Moskvanın ətraf bölgələrindən birində silahla intihar etdiyini yazıb. Rusiya İstintaq Komitəsi Starovoitin cansız bədəninin avtomobilində tapıldığını təsdiqləyib. Avtomobildə tapança da aşkarlanıb.

 

Haberler.com

Aygün Babayeva